İtalyan Moda və Dizayn Festivalı Bakıda Noyabrın başlanğıcının mühüm hadisəsi oldu. Festival Dünya İtalyan Dili Həftəsi çərçivəsində, Bakıda Landmark Biznes Mərkəzində baş tutdu.

Bu mühüm tədbir moda, zərgərlik və incəsənətə həsr olunmuşdur və İtaliyanın Azərbaycanda öz mallarını təbliğ etdiyi tədbirlərdən biri olmuşdur. İtaliyanın Azərbaycandakı mövcudluğu xüsusilə də Bakının daha zərif sahələrdində aydın şəkildə duyulur və çox insanlar Made in İtaly məhsullarının və mebellərinin showroom-unu ziyarət etmək üçün bu festivalda iştirak etdilər.
İtalyan Ticarət müvəkkili cənab D’Aprea Azərbaycanda bu tədbiri təqdim etməkdən çox qürur duyduğunu dedi və İtaliya ilə Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi üçün real imkanın olduğunu təsdiqlədi. Cənab D’Aprea İtaliyanın öz təkliflərini Azərbaycanda daha yaxşı təqdim etməsinə şərait yaradan bu Festivalı böyük bir hadisə kimi dəyərləndirdi, həmçinin bu Festivalın uğuru italyan koordinasiyasının nəticəsidir və yerli şirkətlərin dəstəyi olmadan bunu reallaşdırmaq mümkünsüz olardı.

“Elə buna görə də Azərbaycanda bütün italyan-azərbaycan nümayəndələrinə təşəkkürümü bildirmək istəyirəm”, deyə bildirib.

 

Fashion2

 

Geyimdən tutmuş zərgərlik məmulatlarına qədər bir çox mühüm italyan brendləri Festivalda iştirak etdilər və qonaqlar lüks məhsulların dəbdəbəli göstərişinə heyran qalaraq təsirləndilər. Amazon, My Brands, Ducati, Maserati, Ferrari, Trussardi, Avenue, Liberi və bir çox başqa markalar təqdim olundu. Tədbir zamanı ən yaxşı italyan moda evləri tərəfindən hazırlanan üçrəngli bayraqların ekskluziv kolleksiyası da təqdim olundu.

Tədbirə bu dəfə də istər iştirak edən markalar tərəfindən, istərsə də ictimaiyyət tərəfindən çox böyük maraq oldu, o cümlədən tədbirə çox mühüm qonaqlar da qatıldı. Festival İtalyan Ticarət Palatası, İtalyan səfirliyi İtaliya-Azərbaycan Dostluq Assosasiyası tərəfindən təşkil olundu.

Bu tədbir iki ölkə arasında dostluq, uğurlu əməkdaşlıq üçün digər imkanları da təklif etdi.

Bu, Festivalın ikinci nəşridir və artıq hamı üçüncü nəşri gözləməkdədir.

İtalyan Ticarət Palatasının direktoru cənab Luigi D’Aprea Azərbaycan haqqında belə dedi: “Mən burada qalmaqdan və əməkdaşlıq etməkdən zövq alıram. Ancaq təkcə bu deyil. Azərbaycan mənim çox xoşuma gəlir. Mədəniyyəti və insanları tanımaqdan zövq alıram, bizim mədəniyyətlərimiz düşündüyümüzdən də yaxındır.

Nümayişdən sonra qonaqlar Stefano Muscaritolo, Kəmalə Əlizadə İlham Nəzərovun gözəl atmosfer yaratdığı və bütün iştirakçılar tərəfindən yüksək qiymətləndirilən konsertə dəvət olundular.

 

jewel-1809693_1920