Novruz Azərbaycanda yazın gəlişi, hər il qeyd olunan ənənəvi bayramdır.

Novruz yaz fəslinə, yeniliyə həsr olunmuş bütün Mərkəzi Asiyada və xüsusilə Azərbaycanda qeyd olunan bayramdır.

Festival hər il 20-22 mart tarixləri arasında keçirilir. Bayram qədim mənəvi köklərə malikdir və təbiətlə dərin əlaqəsi var. Novruz yeni ilin gəlişini göstərir və eyni zamanda hər kəs üçün yeni bir başlanğıca işarədir.

Fəsillər bir-birini əvəzləyir və beləliklə hər şey bərpa olunur. Yeni ilin gəlişi ilə keçmişdə baş verən bütün xoşagəlməz hadisələr unudulur və bağışlanır. Azərbaycanlılar barışığa və yeni dostluqların yaranmasına inanırlar.

Novruzu zəngin mədəni irs müşaiyət edir: böyük şadlıqlar, cəsarət mərasimləri keçirilir və yeni fəsil üçün yenilənmiş ümid, sülh və sevinc hisləri baş qaldırır.

Yaxşı əlamət hesab olunaraq bu ərəfədə bir çoxları toy edirlər, bir-birlərinə öz xoş arzularını bildirirlər. Hər yerdə sevinc dirçəliş hissi olur, Azərbaycanlılar yazın gəlişini qeyd etmək üçün evlərini və ictimai yerləri bəzəyirlər. Azərbaycanda əsas bayramların çox hissəsi kimi, Novruz tədbirləri də dadlı qidalar ətrafında dövr edir.

Qədim Azərbaycanlılar belə hesab edirdilər ki, bu zəngin masalar ilin yerdə qalan hər günü üçün də zəngin masaların olmasına təminat verir.

 

 

Novruz bayramında uşaqlara ənənəvi şirniyyatlardan hədiyyə verilir, onlar bəzədilmiş gözəl dekorlu yumurtaları toqquşdurmaqla əylənirlər. Paxlava, şəkərbura və şorqoğal bayramın ən əsas şirniyyatlarından sayılırlar.

Azərbaycan mətbəxi zəngin və mürəkkəbdir , bayram zamanı masa ənənəvi olaraq xanımlar tərəfindən hazırlanan iştahaaçan yeməklərlə bol olur və süfrə layiqli şəkildə hazırlanır.

 

 

“Tonqaldan hoppanmaq”  yəqin ki, bayramın ən həyəcanlı hissələrindən biridir və bu adət 2500 il bundan əvvələ, qədim Zərdüşt dövrünə təsadüf edir.

Bütün bunlar Axır çərşənbə adlanan gündə baş verir. Böyük tonqallar yandırılır və bütöv ailə “tonqaldan tullanmaq”-da iştirak edirlər. Simvolik olaraq saflaşma üçün tonqalın üstündən 7 dəfə hoppanırlar. İnsanlar ocaq üzərindən tullanan zaman ənənəvi sözləri deyir və ocağa öz hörmətini göstərir.

Ocağın simvolizmi Azərbaycan mədəniyyətində çox dərin köklərə malikdir. İnsanlar ocağın bütün neqativlikləri yox etdiyinə, güc və fəzilət gətirdiyinə inanırlar.

 

Bayram zamanı yandırılan tonqallar su ilə söndürülə bilməzlər, çünki su ilə söndürülərsə, uğursuzluq gətirəcəyi düşünülür, buna görə də gözləyirlər ki, öz-özünə sönsün və külləri səpələnsin.

Novruz Azərbaycanlılar üçün çox vacibdir: insanlar bayramdan əvvəlki günlər bir çox ayinlər vasitəsilə yenidən təbiət elementlərinə bağlana bilərlər. Azərbaycanlılar sevinc və xoşbəxtlik cəlb etmək üçün öz hörmətlərini torpağa,küləyə, suya və oda bildirirlər.

Azərbaycanın səyləri nəticəsində, 30 sentyabr 2009-cu ildə, Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə isə BMT 21 martı “Beynəlxalq Novruz Günü” elan edilmişdir.

YUNESKO tərəfindən elan edildiyi kimi: “Novruz ənənələrinin və ayinlərinin mənşəyi Şərq və Qərb sivilizasiyalarının qədim adət-ənənələrinin xüsusiyyətlərini əks etdirir.