30 aprel tarixində “Bakı Marafonu-2017”-də iştirak et və “Küləyə bizimlə qalib gəl!”

Keçən ilki mükəmməl təcrübədən sonra, Heydər Əliyev fondu 30 aprel tarixində keçiriləcək İkinci Bakı Marafonunu təşkil etdi.

Marafonun şüarı “Win the Wind” (Küləyə qalib gəl) fəal həyat fəaliyyəti üçün gözəl nümunə olmaqla yanaşı, insanları sağlamlığa və idmanla məşğul olmağa sövq edir. Marafon Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu Sport Marketing Group tərəfindən təşkil olunub.

“Bakı Marafonu-2017” Dövlət Bayraq Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

Rəsmi şüar: “Küləyə bizimlə qalib gəl”.

 

“Bakı Marafonu-2017” yarı marafondur (əslində bu 42 km-lik qaçış marafonunun yarısıdır). “Bakı Marafonu-2017” yarışına 16 yaşından yuxarı hər kəs qoşula bilər.

2016-cı il 1 may tarixində baş tutan yarı marafona təxminən 7000 iştirakçı qatılmışdır. Bir çox azərbaycanlı dünyanın hər yerindən gələn insanlarla birlikdə bu yarışda iştirak etmişdir.

“Bakı Marafonu-2017” yarışında kişi və qadın kateqoriyasında əsas 3 nəfər qalib elan olunacaq. Bu həmçinin əyləncə və turizmə təşviq üçün gözəl imkandır. 4, 5 və 6-cı yerlərdə qərarlaşan iştirakçılar özlərinin seçdikləri avropa ölkəsinə 2 nəfərlik uçuş bileti qazanacaq. Kişi və qadın kateqoriyasında 7-ci pillədən başlayaraq 10-cu pilləyə kimi yer tutan iştirakçılar “Bakı Marafonu-2017” yarışının sponsorları tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

“Bakı Marafonu-2017” yarışına www.bakumarathon.az saytında aprel ayının 20-ə qədər qeydiyyatdan keçmək olar. Marafonda iştirak üçün müəyyən məbləğ nəzərdə tutulmuşdur.

  • Fiziki şəxslər üçün-20 manat ($10)
  • Korporativ yarışçılar üçün (hər şirkətdən minimum 5 iştirakçı) – hər iştirakçıya görə 100 manat ($52)
  • Tələbələr yarış üçün ödəmə etməyəcək.

 

Mükafatlar

Medal və sertifikatlarında daxil olduğu əsas mükafatlar kişi və qadın kateqoriyası əsasında təqdim ediləcək.

  • Birinci yerin qalibi-3000 manat ($ 1,571)
  • İkinci yerin qalibi-2000 manat ($ 1,047)
  • Üçüncü yerin qalibi-1000 manat ($ 523)

 

İştirak haqqında düşünürsən? Aşağıda iştirak haqqında qeydlər

Marafonda qaçış çoxlu vaxt, intizam və öhdəlik tələb edir. Ən önəmli məsələ yarışı ən qısa müddətdə bitirmək deyil, zədələrdən qaçmaq yarışdan həzz almaqdır.

Yeni başlayan, orta səviyyəli və peşəkar qaçışçılar üçün effektiv məşq planları mövcuddur. Tibbi idman həkimi sizə səviyyənizə uyğun məşq planı hazırlamağa kömək edə bilər.

Marafon əsas qaçış yarışı olduğundan, bədəninizin bu sınağa hazırlığına əmin olmağınız çox vacibdir.

 

Məlumat

“Bakı Marafonu-2017” haqqında son məlumatları bu saytlardan əldə edə bilərsiniz.

Rəsmi Facebook səhifəsi: www.facebook.com/bakumarathon
Yarışın rəsmi web saytı: www.bakumarathon.az