12 – 22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakıda IV Islam Həmrəyliyi Oyunları keçirilib. Oyunlar İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən təşkil olunan beynəlxalq tədbirdir.

Azərbaycanın daim inkişafda olan paytaxtı Oyunlara “Həmrəyliyimiz gücümüzdür” şüarı ilə ev sahibliyi etmişdir. Həmrəylik oyunları Islam ölkələrini birləşdirmək, onlar arasındakı əlaqələri gücləndirmək və həmrəyliyə təşviq üçün şansdır.

Bir çox gənclər dost və bayram mühitli çoxmillətli oyunlarda iştirak ediblər.

Bakı müasir cəmiyyət daxilində islam ənənələrinin ruhunu özündə təcəssüm etdirən beynəlxalq və müasir şəhərdir. Bu şəhər adət-ənənə və müasirliyi vahid bir məkanda birləşdirə bilən və davamlı inkişafda olan şəhərdir.

Oyunların may ayının 12- sində atəşfəşanlıq, möhtəşəm xüsusi effektlər, sülh və ümid haqda olan universal hekayənin nəqli ilə təntənəli Açılış Mərasimi keçirilmişdir.

 

 

İslamın 5 şərti mövcuddur və eyni zamanda IV İslam Həmrəyliy Oyunlarının təməlində 4 əsas dəyər dayanır.

Həmrəylik, Sülh, Hörmət və Mükəmməllik.

 

Oyunların əsas məqsədi dünyanın dörd bir tərəfindən gələn insanları birləşdirmək, sülh və harmoniyanı bayram edərək vahid xalq və tək komanda şəklində birlikdə işləmək, sərhədləri aşaraq dinin, tarixin, adət – ənənələrin və hörmətin olduğu bir dünyada yaşaya bilmək və bu ali məqsədi hamıya çatdırmaqdan ibarətdir. Oyunlar hər zaman rifahı hədəfləyən və hər bir insanın əsas prinsipi olan mükəmməllikdən ilhamlanmışdır.

Bakı bir çox potensial şəhər arasından bu mötəbər tədbiri keçirmək üçün seçilmişdir və 2013 ilin iyul ayında Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assembleyası tərəfindən Oyunların keçirilməsinə dair təyinat almışdır. Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı əsasında yaradılmışdır.

Dünyanın 54 islam ölkəsindən gələn idmançılar bu yarışlarda öz millətlərini təmsil etdilər. Yarışlar 10 gün ərzində ümumi 23 idman növü üzrə keçirilmişdir: Atletika və Para Atletika, Su idmanları – Suya tullanma – Üzgüçülük – Su Polosu, 3×3 Basketbol, Futbol, Bədii gimnastika – İdman gimnastikası, Uşu, Stolüstü tennis, Həndbol, Cüdo və Paracüdo, Güləş – Yunan – Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo və Ağırlıqqaldırma.

IV İslam oyunlarının maskotları “İncə” və “Cəsur” Qarabağ atlarıdır. Qarabağ atları Azərbaycanın milli sərvəti sayılır. “İncə” zəriflik və gözəlliyi, “Cəsur” isə məharət və mərdliyi təcəssüm etdirir.

 

 

Azərbaycan milli komandası medal sıralamasında birinci yeri tutdu:

75 qızıl medal
50 gümüş medal
37 bürünc medal
(ümumi 162 medal)

İkinci yerdə Türkiyə milli komandası qərarlaşıb:

71 qızıl medal
67 gümüş medal
57 bürünc medal
(ümumi 195 medal)

Üçüncü yerdə isə İran qərarlaşıb:

39 qızıl medal
26 gümüş medal
33 bürünc medal
(ümumi 98 medal)

Bütün yarışlar Bakının 16 yarış məkanında baş tutacaq.
İslam Həmrəyliy Oyunları haqqında bütün məlumatları rəsmi saytdan əldə etmək olar:
https://www.baku2017.com