WorldBuild 2017 Xəzəryanı regionda ən böyük tikinti tədbiridir. Sərgi 18 – 21 oktyabr tarixlərində Xəzər İnşaat Həftəsi çərçivəsində Bakı Expo Mərkəzində baş tutdu.
WorldBuild 2017 sərgisi tikinti, dizayn, arxitektura və yeni tikinti mallarının təqdimatı üçün olduqca mühüm hadisədir. Sektordakı mütəxəssislərin səbirsizliklə gözlədikləri bu sərgi, növbəti ilin tikinti qaydalarını müəyyənləşdirmək üçün görüşmə nöqtəsidir.
WorldBuild 2017 sərgisi İteca Caspian və İTE Group tərəfindən təşkil olunmuşdur.
World Build sərgisi İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənirdi.
Bu il World Build sərgisi özündə, iştirakçılar ilə yerli distributorlar arasında keçiriləcək B2B formatlı görüşləri ehtiva etdi. Bu baxımdan, sərgi workshop və fəaliyyət proqramları ilə zəngin oldu. Azərbaycan Memarlar İttifaqı, yaradıcılıq və inkişaf arasında daha yaxşı qarşılıqlı əlaqələrin yaradılmasına yönəldilmiş müxtəlif peşə tədbirlərinin təşviqində xüsusi rol oynadı.
World Build Baku sərgisində innovasiyalara və araşdırmaya böyük önəm verildi. WorldBuild 2017 sərgisində ən yeni tikinti materialları ilə yanaşı interyer dizayn, müasir tikinti maşınları və tikinti sənayesi üçün digər vacib aspektlər təqdim olundu.
Bu il sərgidə dünyanın 23 ölkəsindən 200 – dən artıq şirkət iştirak etdi. Yerli şirkətlər “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsulları sərgi iştirakçılarına təqdim etdilər.
Azərbaycan Xəzəryanı regionda sürətlə inkişaf edən iqtisadiyyata sahibdir və tikinti sektoru ilə birlikdə son nailiyyətlərini nümayiş etdirməyə hazırdır.
Sinalco bu sərgiyə son tendensiya və texnologiyalar ilə tanış olmaq üçün mütəxəssislər heyəti ilə qatıldı. Sinalco şirkətinin baş icraçı direktoru qeyd etdi: “Müştərilərimizə ən yeni və effektiv xidmət göstərmək üçün tikinti sektorundakı son inkişaflardan xəbərdar olmaq bir şirkət olaraq bizim üçün çox vacibdir”.