2018-ci il 16-18 may tarixində Bakı Ekspo Mərkəzində XXIV Beynəlxalq Qida Sənayesi sərgisi keçirilib. Sərgi 32.000 m2 ərazidə 164 eksponentin iştirakı ilə təşkil olunmuş və tədbirdə 7.000 ziyarətçi iştirak etmişdi.

Tədbir “Iteca Caspian LLC” tərəfindən təşkil olunmuş, həm iştirakçılar baxımından, həm də eksponentlər baxımdan çox müsbət bir təşəbbüs olmuşdur.

 

Azərbaycan Beynəlxalq Qida Sərgisi Xəzər regionunda  qida sənayesi üzrə əsas tədbirlərdən biri kimi tanınır. Artıq 20 ildən çoxdur ki, bu ənənə davam edir və biz inanırıq ki, bu ənənənin davam etməsi ilə gələcək illərdə də qida sənayesi ilə bağlı yenilikçi ideyalar paylaşılacaq. Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi illər keçdikcə etibarlı bilik mənbəyinə və əsas ticarət hadisələrindən birinə çevrilmişdir.

Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində ekspertlərlə birbaşa əlaqə yaratmaq, canlı nümayişlərdə iştirak etmək, qida sektoru kompleksində xidmətlər və məhsullar barədə düzgün məlumat əldə edə bilmək imkanı yarandı.

Sərgi  yeni müştərilər tapa bilmək və  iş həyatında partner və ortaqlarla mövcud olan əlaqələri gücləndirə bilmək üçün yeni biznes imkanları təklif edir.

 

Tədbirdə aşağıdakı sahələr üzrə məhsullar təqdim edildi:

  • Ət və quş
  • Süd məhsulları, dondurma
  • Yağ-piy məhsulları
  • Konservləşdirilmiş məhsullar
  • Qənnadı və çörək-bulka məmulatları
  • Ərzaq məhsulları
  • Meyvə, tərəvəz
  • Dondurulmuş məhsullar
  • Uşaqlar üçün və pəhriz qida məhsulları
  • Tütün məmulatları
  • Qida əlavələri və inqredientlər
  • Balıq və dəniz məhsulları
  • Delikateslər və ekzotik dəniz yeməkləri

 

Şübhəsiz ki, Sinalco şirkəti və onun nümayəndə heyəti bu sahədə yeni təcrübə əldə etmək və öz ticari partnyor və müştəriləriylə bunu bölüşmək üçün tədbirdə iştirak etdi. Beləliklə, ümid edirik ki, 2019-cu ildə Bakı Ekspo Mərkəzində baş tutacaq XXV Azərbaycan Beynəlxalq Qida sənayesi Sərgisində iştirak edəcəyik.