BMX 2018 üzrə velosiped yarışı iyun ayının 5-9-da Bakıda keçirildi və bu il Azərbaycanda keçirilən  çoxsaylı vacib tədbirlərdən biri oldu.

Velosiped yarışlarının mənşəyi ilk dəfə Hollandiyada keçirilən dövrə – 50-ci illərə gedib çıxır, ancaq daha sonra yarışların idman statusu aldığı Amerikada əfsanəyə çevrilir.

BMX 2018 üzrə velosiped yarışının intensiv günlərinin qısa gündəliyi :

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartyeni  qəbul edib. İlham Əliyev Azərbaycanın paytaxtında keçirilən velosiped idmanının BMX üzrə dünya çempionatının vacibliyini vurğuladı. Azərbaycan son illərdə ölkənin idman infrastrukturunun sürətli inkişafına səbəb olan tədbirlərə,  o cümlədən beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib. 43 ölkədən 1500 idmançı Bakının BMX Velo Parkında keçirilən həvəskar yarışda iştirak ediblər.

3 gün davam edən yarışda Amerika komandası 7 qızıl medal əldə edən Holandiyadan sonra ən çox qızıl medal ( ümumi 8) , 6 gümüş və 6 bürünc medal qazandı. Fransa, Avstraliya və  Böyük Britaniya yaxşı nəticə əldə edərək müvafiq olaraq 15, 14, 9 medal əldə ediblər.

 

 

9 iyun şənbə günü Bakı BMX 2018 yarışının ən gərgin günü oldu. Fransanın ProTracks şirkəti tərəfindən yaradılan yeni tikilmiş trek həm peşəkarlar, həm də tamaşaçılar tərəfindən ən müasir idman infrastrukturu kimi qiymətləndirilmişdir.

Fransızlar və hollandlar öz UCI BMX 2018 dünya titullarıını Junior men(gənc oğlanlar) kateqoriyasından Leo Garoyan və Elit kişi qrupundan Sylvain Andre ilə bölüşdülər. Indy Scheepers Junior woman ( gənc qızlar)  kateqoriyasında çox yaxşı yarışdı, Laura Smulders isə Elite woman (Elit qadın) titulunu qazandı. “Sinalco” şirkəti də bu tədbirdə iştirak etdi və maraqlı, amma  bir o qədər da vacib olan bu tədbiri bu günlərdə Bakıda olan biznes tərəfdaşları və müştəriləri ilə paylaşdı. Onlar Azərbaycan qonaqpərvərliyinin şahidi oldular və yerli məhsulların dadına baxdılar.

Keçiriləcək növbəti BMX 2019 üzrə velosiped yarışını səbrsizliklə gözləyirik.