Heydər Əliyev Mərkəzinin 2007-ci ildə beynəlxalq müsabiqə nəticəsində tikintisinə başlanmış və 2012-ci ildə açılışı baş tutmuşdur.

Heydər Əliyev Mərkəzi Bakının və Xəzər Regionun məşhur rəmzlərindən biri hesab edilir.

Bina “Zaha Hadid Architects” memarlıq firmasının üzvü olan Patrik Şumaxer tərəfindən layihələndirilmiş və tez bir zaman ərzində müasir memarlıq üslubunda olan binalar arasında məşhurluq qazanmışdır.

Mərkəzdə 1000 nəfərlik Auditorium, sərgilər və seminarlar üçün ayrılmış guşə, muzey və konfrans zalı yerləşir. 2014- cü ildə bina London Design Muesum təşkilatı tərəfindən “İlin Dizaynı” adına layiq görülüb.

 

 

Mərkəz 1969-1982-ci illərdə Azərbaycan SSR-in birinci katibi , 1993-1003- cü illərdə Azərbaycan Respublikasının Prezidenti olmuş Heydər Əliyevin adını daşıyır.

Son illərdə Azərbaycan müasir ölkə kimi özünü tanıtmaqda uğurla hərəkət edir. Memarlıq Azərbaycan xalqının yeni milli kimliyini tanıtmağında böyük rol oynamışdır və artıq ölkə dünya tərəfindən tanınır.

Bu ikonik bina yaxınlıqda yerləşən plaza və şəhərin qalan hissəsi ilə ahəng təşkil edir.

Mərkəzin ən başlıca məqsədlərindən biri ənənəvi və müasir Azərbaycan mədəniyyətinin həmrəyliyinə diqqət yetirməkdir.

 

 

Dalğavari memarlıq üslubu, qıvrılan formalar və süzülən daxili və xarici interyer qonaqlarda xoş təəssürat yaradır. Mərkəzin dizayınıda istifadə olunan müasir memarlıq üslubu Azərbaycan xalqının səmimi və qonaqpərvər mədəniyyətindən ilhamlanaraq yaradılıb. Bu ölkənin əlverişli coğrafi mövqeyindən və qismən də xalqın tarixində dərin kök salmış ənənlərdən qaynaqlanır.

1991-ci ildən bəri Azərbaycan ölkənin əsas infrastruktur sistemini təşkil edən Bakı memarlığının inkişaf etdirilməsinə və gözəlləşdirilməsinə investiya ayırır. Bu isə Azərbaycanın yeni erasını Sovet Modernizm mirasından ayırmaq üçün bir addım hesab edilir.

Heydər Əliyev Mərkəzi dünya üçün optimizm və səmimilik simvoludur. O artıq öz töhfəsini göstərmişdir və dünyada hər bir insan üçün gələcəyə dair müsbət fikirlər, dostluq dəyərləri, hörmət və yaradışılıq aşılamaq üçün digər ölkələrdəki görkəmli memarlıq abidələri ilə birgə yenə öz töhfəsini göstərməyə davam edəcəkdir