Azərbaycan haqqında 10 məlumat

Bu məqalədə Azərbaycan barəsində ən çox soruşulan suallara cavab tapa bilərsiniz. Azərbaycan müasir ölkə kimi öz varlığını təsdiq etmək üçün illərdir ki çalışır. Bu ölkə qərb və şərq arasında mədəni və iqtisadi körpü olmaq məqsədinə qulluq edir, bunun əsas səbəbi isə onun starateji coğrafi mövqeyidir. Azərbaycan qədim tarixə və ənənələrə malik qonaqpərvər ölkədir. Aşağıda marağınıza səbəb olacaq suallarla tanış ola bilərsiniz:

1) Azərbaycanda nə qədər insan yaşayır?

Azərbaycan 10 milyon əhalisinə görə Avropada 18-ci ən böyük ölkədir. Araşdırmaya əsasən ilk onluqda yer alan ölkələrə Rusiya, Almaniya, Türkiyə, Fransa, Birləşmiş Krallıq, İtaliya, İspaniya, Ukrayna, Polşa, Rumuniya daxildir.

2) Azərbaycan demokratik ölkədirmi?

Müstəqil Azərbaycan dövləti demokratik respublikadır. Demokratik Azərbaycan Respublikası vətəndaşlarının etnik mənsubiyyəti, din, sinif, vəzifə və ya cinsiyyətindən asılı olmadan öz sərhədləri hüdudlarında onları tam mülki və siyasi hüquqlar ilə təmin edir.

3) Azərbaycana səyahət etmək və ya yaşamaq təhlükəlidirmi?

Azərbaycan həm səyahət həm də yaşayış üçün ən təhlükəsiz yerlərdən sayılır, hər ölkədə olduğu kimi hər kəs özünü çətinliyə salmaqdan qaçınır. Daha böyük şəhərlərdə daim diqqətli olmaq tövsiyə olunur, xüsusilə də küçəni keçərkən.

Bakı ziyarət etmək üçün təhlükəsiz şəhərdir, şəhərin mərkəzi və ətraf ərazilər xüsusilə diqqətəlayiqdir. Bütün dünyadan insanlar küçələrdə hətta gecə belə sərbəst hərkət edə bilirlər. Hər yerdə polislərə rast gəlmək olar və bu da öz növbəsində şəhəri daha təhlükəsiz edir.

4) Azərbaycan nə ilə məşhurdur?

Azərbaycan odlar yurdu adlanır.
Yanar Dağ kimi bilinən bu təbii od 65 ildir ki Azərbaycanda alovlanır. Azərbaycanın ən məşhur görməli yerlərindən biri olan Yanar Dağ Xəzər dənizi sahilində  yerləşən təpədə alovlanır.

5) Azərbaycan İslam ölkəsidir?

Azərbaycanın müsəlman əhalisinin təxminən 85 faizi Şiə, 15 faizi isə Sunnilərdir. Azərbaycan Şiə əhalisinin sayına görə İrandan sonra ikinci yerdədir.

6) Azərbaycan İqtisadiyyatı nə qədər böyükdür?

Azərbaycanın inkişafda olan iqtisadiyyatı ÜDM-ə ( 45,592 ABŞ dolları) görə dünyada 88-ci yerdə qərarlaşıb. ÜDM üzrə ilk 10 ölkə: Birləşmiş Ştatlar, Çin, Yaponiya, Almaniya, Birləşmiş Krallıq, Fransa, Hindistan, İtaliya, Brazilya, Kanada.

7) Azərbaycan mədəniyyəti nədən ibarətdir?

Azərbaycan mədəniyyəti İran, Türk və Qafqaz mədəniyyətlərindən təsirlənib. Sovet İttifaqı tərkibində olduğuna görə Rus mədəni irsinin təsiri hələ də Azərbaycanda mövcuddur. Bugün Azərbaycan qərb və şərq xüsusiyyətlərini daşıyaraq müasir və qlobal bir ölkədir.

8) Azərbaycanın ənənvi yeməyi nədir?

Azərbaycan mətbəxi bir çox unikal və ənənəvi reseptlərlə zəngindir. Quzu, mal, toyuq, ördək və balıq ətindən hazırlanmış kabab və şaşlık Azərbaycanlıların qida rasiyonuna daxildir.

9) Azərbaycan iqtisadiyyatı nəyə əsaslanır?

Təsərrüfat və təbii resurslar Azərbaycanın əsas iqtisadi gəlir mənbəyidir. Azərbaycanda taxıl, üzüm, pambıq, tütün, sitrus meyvələri və tərəvəzlər becərilir. Ölkənin əsas təbii resurslarına isə təbii qaz, neft, əlvan metallar, boksit və dəmir filizi daxildir.

10) Azərbaycanın qurucusu kimdir?

Şah İsmayıl Xətai Azərbaycanın qurucusu hesab olunur. Onun yaşadığı dövr Azərbaycan tarixi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda doğulmuş hökmdar Şah İsmayıl Xətai ( 1501-1524) bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirmişdir. O, paytaxtı Təbriz olan Səfəvi dövlətinin əsasını qoyub.