Azərbaycanın paytaxtı Bakı 2019-cu ildə düynanın 50 ən təhlükəsiz şəhəri siyahısına daxil edilib. Sıralama “The Economist Intelligence Unit” analitik mərkəzi ilə “The Economist” dərgisinin birgə hazırladığı “Təhlükəsiz Şəhərlər İndeksi 2019” (Safe Cities Index) adlı son hesabatda dərc olunub. Hesablamalar maksimum 100 ballıq sistem üzərindən qiymətləndirilib və Bakı şəhəri 56.4 balla dünyanın 49-cu ən təhlükəsiz şəhəri ünvanına yiyələnib.

Əgər Bakını ziyarət etmiş olsaz payatxtın ailə, biznes və turizm üçün əlverişli məkana çevrilməsi üçün edilən səylərin fərqinə varmış olarsınız. Bundan ziyadə illərdir ki şəhərin infrastrukturu və təhlükəsizliyi üçün yatırımlar edilir.

Reytinqdə göstərilən şəhərlər rəqəmsal təhlükəsizlik, infrastruktur təhlükəsizliyi, səhiyyə və şəxsi təhlükəsizlik olmaqla 4 göstərici üzrə 57 indikatora əsasən dəyərləndirilib.

Bakı bu siyahıya ilk dəfə daxil edilib və  2019-cu ildə yeni əlavə olunmuş 10 yeni göstəriciyə rəğmən kifayyət qədər yaxşı göstəriciyə nail olub.

Aşağıdaa göstərilən nəticələr diqqətə layiqdir:

Rəqəmsal təhlükəsizlik: 51.7 bal/ 46-cı yer
Səhiyyə: 64 bal/ 41-ci yer
Şəxsi təhlükəsizlik: 63.7 bal/ 49-cu yer

 

 

Bu hadisə Azərbaycan və Bakı üçün çox vacib bir nailiyyətdir. Azərbaycan höküməti ölkəni abad bir guşəyə çevirmək üçün əlindən gələni edir, bu isə dünaynın hər bir yerindən turist və iş adamlarını cəlb edir, həmçinin, paytaxtı ziyarət edən yerli sakinlər və işgüzar insanlar üçün firəvan yaşayış imkanları sunur.

Sinalco Azərbaycan Bakıda yerləşir və əgər siz müxtəlif səbələrlə şəhəri ziyarət etmək imkanına sahib olsanız şəhərdə çox böyük sürətlə nə cür yeniliklərin baş verdiyini və xidmət sahəsinin necə inkişaf etdiyinə şahid olacaqsınız. Bu gündən günə daha da inkişaf etmək və xüsusilə də yerli əhali və qonaqların rifahı üçün edilən cəhdlərin nəticəsidir.