UEFA Çempionlar Liqası C qrupunda yer alan Qarabağ FK və AS Roma komandaları 27 sentyabr tarixində Bakı Olimpiya Stadionunda üz-üzə gələcəklər. Qarabağ FK, klub tarixində ilk dəfə Çempionlar liqasının qrup mərhələsində mübarizə aparacaq.
As Roma uzun müddətdən sonra ilk dəfə öz əfsanəvi kapitanı Françesko Totti olmadan yeni mövsümə start verir. AS Roma Qarabağ FK və digər Avropa komandaları üçün çətin rəqib olacaq. Roma qrupun əsas favoritlərindən biridir və Qarabağ Romaya qarşı ağıllı strategiya ilə oynamalıdır.
Qarabağ klubunun baş qərargahı 1993-cü ildən Bakı şəhərində yerləşir. Qarabağ klubu böyük uğurlar qazanaraq Azərbaycan çempionatında ardıcıl olaraq son 4 mövsümü qələbə ilə başa vurduqdan sonra “Atlılar” ləqəbini almışdır.
UEFA Çempionlar Liqası çərçivəsində Qarabağ klubunun oyunları Bakı Olimpiya Stadionunda keçiriləcəkdir.
Qarabağın 27 sentyabr – da Romaya qarşı keçiriləcək ilk oyununa azərkeşlərin böyük ümidləri var. Oyun yerli saat ilə 20:00 – da başlayacaq.
Qarabağ FK 23 avqust- da Kopenhageni mübarizədən kənarlaşdırdıqdan sonra, Avropanın ən yaxşı klubları arasında öz yerini tutdu.
Qarabağ FK Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağı təmsil edir. Qarabağ rəsmi olaraq Azərbaycan ərazisidir, lakin 20 ildən çoxdur ki Ermənistanın işğalı altındadır.
1993 – cü ildə Ağdamın işğalından sonra Qarabağ “qaçqın komanda” statusunu aldı və klub öz doğma ərazisini tərk edərək Azərbaycanın digər şəhərlərində fəaliyyətini davam etdirdi.
Qarabağ FK Avropanın ən nüfuzlu klub turniri üçün yenilikdir və komanda öz azərkeşlərini məyus etməmək üçün əlindən gələni edəcək. “Qafqazın Barselonası” adlandırılan Qarabağ, Avropanın ən böyük klubları ilə oynayacaq və komandanın əsas məqsədi dünya səviyyəsində tanınmaqdır.
Klubun mətbuat katibi Nurlan İbrahimov: “Bu komanda Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edir. Bizim torpaqlarımız işğal altındadır və Qarabağın uğurları vasitəsilə bu məsələni dünya ictimaiyyətinin nəzərinə çatdıracayıq”.
İndi isə bu böyük oyundan həzz alaq. Sülh və idmanın xalqlar arasında olan qardaşlıq ruhunu birləşdirmə zamanıdır.