Azərbaycan milli mətbuatının 140 ilə yaxın tarixi keçmişi vardır.

Hər bir ölkənin tarixində milli mətbuat mühüm rol oynamış, inkişaf və müasirliklə yanaşı milli şüurun inkişafına da təkan vermişdir. Azərbaycanlı ziyalılar tez-tez mətbuata müraciət edir, onu “Xalqın görən gözü, danışan dili, eşidən qulağı” kimi qiymətləndirirdilər.

Azərbaycan milli mətbuatının əsasən dövlət orqanı olmasına baxmayaraq, əsasının qoyulması ilə Azərbaycanda milli şəxsiyyət də formalaşırdı.

İlk Azərbaycan qəzetləri və milli mətbuatın inkişafı

“Əkinçi” (1875) qəzeti ilk milli Azərbaycan qəzeti olmuşdur. Daha sonra “Şərqi-rus” (1904), “Füyuzat” (1906), “Azərbaycan” (1918) kimi qəzetlər işıq üzü görmüşdür.

Öz dövrünün sayılıb-seçilən ziyalılarından və ilk qəzetimiz “Əkinçi”nin redaktoru Həsən bəy Malikov (Zərdabi) Azərbyacan Milli Mətbuatının banisi hesab olunur.

Azərbaycan Milli Mətbuatının tarixi tədqiqatçı Zəfər Kərimov tərəfindən mükəmməl şəkildə təsvir edilmişdir. Azərbaycan Milli Mətbuat tarixini 5 mərhələdə təsnif etmək olar:

  • Çar Rusiyası dövründə nəşr edilən qəzet və jurnallar (1832-1917)
  • Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərən mətbuat orqanları (1918-1920)
  • Sovet İmperiyası dövründə nəşr edilmiş məqalələr (1920-1991)
  • Mühacir mətbuatı
  • Müstəqillik dövründə nəşr edilən məqalələr (1991-)

 

Molla Nəsirəddin

Mükəmməl, eyni zamanda, kəskindilli məqalələri ilə seçilən, 1906-cı ildə Tiflisdə fəaliyyətə başlamış Molla Nəsirəddin jurnalı 8 səhifədən ibarət milli satirik jurnal idi.

“Molla Nəsirəddin” jurnalı öz adını XIII-cü əsrdə yaşamış, öz məzəli lətifələri ilə seçilən dindar Molla Nəsirədindən almışdır. Jurnal daima sözügedən dövrə tənqidi nöqteyi-nəzərdən yanaşmış, cəmiyyətdəki təbəqələşməni, rüşvət və ədalətsizliyi sətiraltı qınamışdır. Görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadə tərəfindən əsası qoyulan və Qeyrət Nəşr Evinin yardımı ilə işıq üzü görən “Molla Nəsirəddin” jurnalı ruhanilərin və din pərəstişkarlarının geridə qalmış fikirlərini və həyat tərzlərini lağa qoymuşdur.

Bugün, 22 İyul Azərbaycan müxbir və jurnalistlərinin peşə bayramı kimi qeyd olunur. Çünki Azərbaycan milli şüurunun oyanmasına təkan verən “Əkinçi” qəzeti məhz İyulun 22-də yaranmışdır