Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir və onun tarixi İpək Yolu üzərində yerləşən əlverişli mövqeli mühüm ticarət mərkəzi olması ilə formalaşmışdır.

Şəhər ölkənin ən qiymətli memarlıq irsinə malikdir. Şəkidə bir sıra ictimai yerlər və şəxsi evlər “şəbəkə” (ənənəvi mozaika) ilə bəzədiliblər. Şəbəkə yapışqan və mismardan istifadə edilmədən birləşdirilən rəngli şüşəli taxtalar hörgüsüdür. Bu mürəkkəb texnika ve sirr öz sənətlərini nəsildən nəsilə ötürən çox az sayda sənətkarlara məlumdur.
Azərbaycan tarixçilərinə əsasən, şəhərin adı e.ə VII əsrdə indiki Azərbaycan torpaqlarını işğal edərək ərazisində məskunlaşan və bir çox əsrlər boyu orada yaşayan Sakas xalqının adı ilə bağlıdır.

Şəki XVIII əsrdə tikilmiş Xan Sarayı ilə məşhurdur. Saray 1762-ci ildə Müştaq təxəllüsü ilə həmçinin şerlər yazan Hüseyn Xan tərəfindən tikilmişdir. İki mərtəbəli bina “Şəbəkə” kimi tanınan möhtəşəm şüşə mozaika və gözəl freskalarla bəzədilib.

 

 

Sarayın ölçüləri 32 x 8.5-dir. Saray şimal-cənub oxu ilə uzanan ikimərtəbəli kərpic hörgülü strukturdan ibarətdir. Hər iki mərtəbənin quruluşu eynidir; bir-biri ilə dar koridorla birləşən və üç ardıcıllıqla yerləşən düzbucaqlı otaqlardan ibarətdir.

Yay iqamətgahı incə bəzəkləri ilə tanınır. Çiçək və həndəsi naxışlar binanin xarici fasadını tamamilə əhatə edir. XVIII əsrin freskaları binanın daxili divarları boyunca qeyri-adi dekorativ davamlılığı təmin edir. Freskaların çoxusu gül vazalarını, eyni zamanda zallarda ov və döyüş səhnələrini təqdim edirlər.
Freskalar Əli Qulu, Qurban Qulu və Şamaxılı Mirzə Cəfər, Şuşalı Usta Qəmbər kimi məşhur sənətkarlar tərəfindən həyata keçirilmişdir. Mənbələrə əsasən, sarayın memarının Abbas Qulu olduğu hesab edilir.

Milli memarlıq ənənəsi və Saray memarlıq ənənələrinin mükəmməl sintezinə nadir nümunə olaraq Xanın Sarayında şəbəkə üçün birbaşa Venesiyadan gətirilmiş rəngarəng şüşədən istifadə olunmasını demək olar.

O vaxtlar Səfəvilər sülaləsi tərəfindən idarə olunan Azərbaycanın Venesiya ilə sıx ticarət əlaqələri var idi. Venesiya Respublikası qiymətli Şəki ipəyi əvəzində ənənəvi Murano şüşələri ilə təchiz edirdi. Günəş düşən zaman rəngli işıq şüalarını yayan Murano şüşələri sarayın qeyri adi “Şəbəkəsinin” (vetraj) hazırlanmasında istifadə olunub.
İnsanlar isveçrəlilərin öz saatlarına görə, şəkililərin isə öz ipəklərinə görə məşhur olduqlarını deyirdilər. Avropa bazarlarında, xüsusilə də Venesiyada Şəki ipəyi yapon və çin ipəyi qədər yüksək qiymətləndirilirdi.

Bir zamanlar Şəki xanının yay iqamətgahı olan bu saray bu gün də Azərbaycanın ən vacib simvollarından sayılır və Azərbaycan mədəniyyətinin bəşəriyyətə ən qiymətli töhvələrindən biridir.

Türk şairi Nazim Hikmət belə yazmışdır: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi”.