İtaliyanın ən məşhur simvollarından olan, bütün dünyada öz səciyyəvi əyriliyi ilə məşhur olan və həmçinin Əyilən qüllə kimi məşhur olan Pisa qülləsi Müqəddəs Mariya kilsəsinin zəng qülləsidir.
Qüllə 56 m hündürlüyündədir və XII – XIV əsrlərdə tikilmişdir. Abidə 6 qalereyalı və arkalı mərtəbədən ibarətdir.
Yumşaq gil torpaqda yerləşən tikilinin təməlinin bir ildən artıq gözlənməsinə baxmayaraq, qüllənin əsasının çökməsi qülləni məşhur əyriliyə gətirib çıxartdı. Torpağın növü qüllədən az olsa da, meydanda yerləşən digər tikililərə də təsir etdi.
İşlər 9 avqust 1173-cü ildə başlanmışdır və ilk 3 mərtəbəni tikəndən sonra dayandırılmışdır, yenidən 1275-ci ildə köhnə tikiliyə 3 yeni mərtəbə də əlavə etməklə tikinti davam etdirilmişdir.
Artıq tikinti işinin ilkin mərhələlərində aşkar olunan əyriliyi düzəltmək üçün ilk 3 mərtəbə qüllənin əyriliyinin əksi istiqamətinə əyilməyə meyl edir.
1800-cü illərdə görülən vacib bərpa işləri strukturun təhlükəsizliyinin təmin edilməsinə yönəldilmişdir. Yeraltından abidənin sabitliyini pozan su cibləri (kisələri) aşkarlanmışdır.Lakin son bərpa işləri aşkarladı ki, burada əyrilik yaratmaq niyyəti olmayıb. Son bərpa işləri 20 il davam elədi və 2011-ci ildə sonlandırıldı.
Pisa qülləsinin turistik cazibəsi, böyük artistik və memarlıq əhəmiyyəti dünyanın hər yerindən gələn incəsənət həvəskarlarını və ziyarətçiləri cəlb etməyə ve heyran qoymağa davam edir.