#Yemək, Ənənə, mətbəx, qonaqpərvərlik, Azərbaycan, Bakı

Azərbaycan mətbəxinin iran və türk mətbəxi ilə bir sıra ortaq mədəni bağlılıqları var.

Azərbaycan yeməklərinin resept və inqrediyentlərində bolluq vardır: ölkənin iqlim müxtəlifliyi Azərbaycan xalqını dadlı yeməklər bişirmək üçün lazımi hər bir şeylə təmin edir.

Azərbaycan mətbəxi çox doyumlu və dadlı hesab olunur.

Azərbaycan yeməkləri mal və qoyun əti, quş əti və balıq, meyvə-tərəvəz ilə bişirilir, aromalı bitkilər və ədviyyatlardan da geniş şəkildə istifadə olunur.

Azərbaycanlılar üçün yemək onların mədəniyyyətlərinin əhəmiyyətli bir hissəsini təşkil edir və onların tarix və dəyərlərini özündə əks etdirir.

Pilaf_S

Azərbaycanın məşhur yeməklərindən biri plovdur – ət və tərəvəzlə bişirilmiş zəfəran ətirli düyü. Plov həmçinin müxtəlif növlərdə hazırlanır.

Kebab_S2

Azərbaycanın daha bir xüsusi yeməyi onun əfsanəvi kababıdır. Quzu və ya nərə balığından ətirli otlarla birlikdə manqalda bişirilir və ya təndirdə hazırlanır.
Nərə balığı Azərbaycanda çox istifadə olunan bir balıqdır və adətən şişə çəkilərək manqalda kabab kimi bişirilir. Narşərab adlı nar turşusu ilə servis edilir.

 

Sturgeon

Xəzər dənizinin qara kürüsü Azərbaycanın ən nəfis qida məhsullarındandır və bütün dünyada geniş şəkildə tanınır və qiymətləndirilir.

Caviar_S

Ədviyyatlar və ətirli otlar arasında ən çox istifadə olunanlar vəzəri, nanə, keşniş, şüyüd, reyhan, cəfəri, tərxun, kəvər, kəklikotu və yaşıl soğandır.

Qoz-fındıq və quru meyvələr də bir çox Azərbaycan yeməklərini müşayiət edir.

Sinalco dünyanın hər yerindən iş tərəfdaşlarını Bakıda ticari məsələləri müzakirə etmək və razılaşmalar imzalamaq üçün qəbul etmişdir. Bir qayda olaraq hər yeni biznes layihəsi ləziz ənənəvi Azərbaycan yeməyinin qarşısında başlamışdır.

Qara çay da Azərbaycan mədəniyyətinin xüsusi bir hissəsini təşkil edir və əsasən yeməkdən sonra içilir. Qonaqlara nəzakət və qarşılama əlaməti olaraq təklif edilir və çox vaxt ənənəvi şirniyyatlarla müşayiət olunur.

Piti_S

Azərbaycanın özünəməxsus yeməklərindən biri də Pitidir. Bu milli Azərbaycan şorbasıdır. Adətən onun xüsusi saxsı qablarda və xüsusi sobalarda bişirirlər. Bu yeməyin hazırlanması üçün qoyun əti , kartof , noxud, baş soğan, pomidor, alça, sarıkök, duz, istiot lazımdır. Piti, bir qayda olaraq öz bişirildiyi qabda süfrəyə verilir. Hazır pitini süfrəyə verərkən, yanında lavaş ya çörək, nazik həlqələrlə doğranmış soğan, göyərti və ya şoraba da verilir.